Türkiyəli məşhur aktrisa Beren Saatın "Gizli dolap" filmində kimlərlə birgə rol alacağı bəlli olub.
Modern.az xəbər verir ki, Beren Saatı Yiğit Özşener və Furkan Andıç müşayiət edəcək.
Filmin digər önəmli personajı "Zeyno"nu Gamze Karaduman canlandıracaq. Ssenarisini Burcu Görgünün yazdığı filmin rejissorluğunu Caner Alper və Mehmet Binay edir.
"Gizli dolap" filmi gecəqonduda yaşayan və yük maşını sürücüsü Hamza ilə bədbəxt evlilik yaşayan Zeynonun "OnlyFans" səhifəsi açıb üzünü gizlədərək şəxsi görüntülərini paylaşmasından sonra baş verən hadisələrdən bəhs edir. Onun yolu məşhur jurnalist Rengin Alaz (Beren Saat) ilə kəsişir...
Qeyd edək ki, Beren Saat "Aşk-ı memnu" serialındakı "Bihter" obrazı ilə məşhurlaşıb.