Modern.az

Baş nazirin portretləri ilə dolu restoran - FOTO

Baş nazirin portretləri ilə dolu restoran - FOTO

25 Sentyabr 2024, 14:45

Albaniyadakı mübahisəli qaçqın düşərgəsinin yaxınlığında İtaliyanın baş naziri Corciya Meloniyə həsr olunmuş və 70 portretinin asıldığı açılıb.

 

Modern.az xəbər verir ki, “Trattoria Meloni” adlı dəniz məhsulları restoranının sahibi Gjergj Luca Albaniyanın baş naziri Edi Ramaya yaxın şəxsdir.

 

Restoranın divarlarında İtaliyanın ifrat sağçı baş naziri Meloninin 70 fərqli portreti var. Gülən, ciddi və qəzəbli portretləri ilə yanaşı, onun uşaqlıq, gənclik, siyasətçi hallarını əks etdirən rəsmlər də var.

 

"Mətbəx, incəsənət və siyasət bir araya gələndə gözəl şeylər yaranır", - restoranın sahibi Meloni şəxsiyyətindən təsirləndiyini deyir onu "qeyri-adi" kimi xarakterizə edir.

 

 

2024-cü ilin yayında Meloni və Rama insan haqları təşkilatları tərəfindən mübahisəli hesab olunan miqrasiya planını işə salıblar. Restoranın yaxınlığındakı qaçqın düşərgəsi bu plan çərçivəsində yaxın həftələrdə sığınacaq müraciətlərinə baxmağa başlayacaq iki mərkəzdən biridir.

 

İtaliyanın maliyyələşdirdiyi layihə üzrə Şimali Afrikadan Aralıq dənizini keçən və İtaliya sahil mühafizəsi tərəfindən saxlanılan kişi miqrantlar Albaniyaya aparılacaq. “The Guardian” yazır ki, yerli əhali xoşbəxtdir, çünki qaçqın düşərgəsi yoxsul bölgədə iş imkanları yaradır.

 

Restoranın sahibi deyir ki, o, Meloninin yeməklərinin dadına baxıb portretlərini görəcəyinə ümid edir. Bütün portretləri məşhur alban rəssamı Helidon Haliti çəkib: “Meloni çox maraqlı, güclü xarakterdir. Onun siyasi əqidəsi mənimki ilə eyni olmasa da, bu, mənə ehtiraslı işlə məşğul olmağa mane olmadı".

 

Haliti portretlərini çəkmək üçün Melonidən icazə almadığını deyir: “Merilin Monronu çəkmək üçün Endi Uorholun icazəsi lazım idimi? Postmodernizmdə buna icazə verilir və düşünürəm ki, Meloninin rəsmi məndə alındı”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər