"Qənirə Paşayevanın istedadı, insanlara qarşı münasibəti o gənc qızda görünürdü. Onun vətəninə, xalqına sevgisi ömrünün böyük hissəsi idi".
Modern.az xəbər verir ki, bunu "Qənirə Paşayevaya-İTHAF" adlı bədii sərginin açılış mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib.
Onun sözlərinə görə, Qənirə Paşayeva münasibətində mədəniyyətə və yaradıcı insanlara çox böyük diqqət göstərirdi:
"Qənirə Paşayeva ilə son görüşümüz Şuşada olmuşdu. Bülbülün xatirəsinə həsr edilən konsertə gələn Qənirə xanım Bakıdan xüsusilə bu tədbirdə iştirak etmək üçün gəldiyini bildirmişdi".