Modern.az

Deputat seçilən direktorun yerinə TƏYİNAT

Deputat seçilən direktorun yerinə TƏYİNAT

25 Sentyabr 2024, 21:55

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının baş rejissoru Mir Qabil Əkbərov teatrın direktor əvəzi təyin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov müvafiq əmr imzalayıb.

 

Xatırladaq ki, teatrın əvvəlki direktoru Rza Xudiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə deputat seçildiyinə görə vəzifəsindən azad olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər