Modern.az

Murad Dadaşovun "Maşın" realiti-şousu digər şouları məsxərəyə qoydu

Murad Dadaşovun "Maşın" realiti-şousu digər şouları məsxərəyə qoydu

11 Dekabr 2013, 23:12


Azərbaycanın tanınmış şoumeni Murad Dadaşovun hazırladığı "Maşın" realiti-şousu yenidən ekranlara qayıdır. Şounun təşkilatçıları bu dəfə də ekrana möhtəşəm proqramla çıxacaqlarını bəyan ediblər. Şou 14 dekabr tarixində saat 23:00-da ATV telekanalında yayımlanmağa başlayacaq.
Təşkilatçılar budəfəki iştirakçıları hələlik sirr kimi saxlayırlar.

Modern.az saytı xəbər verir ki, bu arada "Maşın" realiti-şousunun rəhbərliyi Azərbaycan teleməkanında yayımlanan digər şoulara sataşaraq, onları məsxərəyə qoymağı da unutmayıb.

”Dünya ölkələrində realiti-şoular çox olur. Azərbaycana ilk realiti-şounu “Maşın şou” gətirib. Bizdən sonra “realiti” adlanan şoular hamısı sünidir!”-deyə "Maşın" realiti-şousunun təşkilatçıları bu qəbildən olan digər verilişləri ələ salıblar.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi