İtalyan diler Luici Lo Rosso tərəfindən 1962-ci ildə Kapri adasındakı evinin zirzəmisində tapılan qadın portreti ispan rəssamı Pablo Pikassonun (1881-1973) orijinal əsəridir.
Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti yazıb.
Mütəxəssislərə müraciət edilib və uzun araşdırmalardan sonra rəsmin həqiqiliyi təsdiqlənib: “İmzanın Pikassoya aid olması şübhəsizdir”.
Qiyməti 6 milyon avro qiymətləndirilir. Sənətçi tez-tez Kapri adasında olub. Onun bu portreti 1930-1936-cı illərdə çəkə biləcəyi güman edilir.
Pablo Pikasso rəssam, heykəltəraş və dizayner, kubizmin banilərindən biri, "Guernica", "Les Demoiselles d'Avignon" rəsmlərinin və bir çox başqalarının müəllifidir. O, 14 mindən çox əsər yaradıb.