Modern.az

"Qarabağ savaşından bəhs edən film çəkiləcək"

"Qarabağ savaşından bəhs edən film çəkiləcək"

Mədəniyyət

7 Oktyabr 2024, 00:33

Kitab mənim üçün incə bir cizgidir, hər şeyin başlanğıcıdır. Vəzifəsindən, peşəsindən asılı olmayaraq, hər kəsin bilik sahibi olması üçün kitab oxuması gərəklidir.

 

Modern.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində məşhur türkiyəli aktyor Erhan Ufak deyib.

 

"Azərbaycandakı yazarların sevilən əsərləri barədə eşitmişəm. Buradakı əsərlər əsasında film çəkmək fikrimiz var. Ümumiyyətlə, həm Azərbaycan, həm də Türkiyənin yazarlarından bəhrələnərək ortaq olacaq filmlər ərsəyə gətirmək istəyirik. Bununla bağlı bir neçə ideya və ssenari var. Azərbaycan və Türkiyədən olan gənclər arasında sevgi hekayəsindən, o cümlədən Qarabağ savaşından bəhs edən filmin çəkilməsi nəzərdə tutulub. Əsərlər arasında seçim etməyə çalışırıq. Məqsədimiz bütün layihələrimizi uğurla həyata keçirməkdir", - deyə E.Ufak bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər