Modern.az

Mənsum İbrahimov Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etdi - VİDEO

Mənsum İbrahimov Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etdi - VİDEO

Mədəniyyət

21 Oktyabr 2024, 11:36

Xalq artisti Mənsum İbrahimov sosial mediada ona qarşı aparılan qarayaxma kampaniyalarına münasibət bildirib. 

 

Bu barədə o Modern.az-a məlumat verib. Xalq artisti sosial şəbəkələrdə ona qarşı məqsədli qara piar kampaniyası aparıldığını və bununla bağlı Kibercinayətkarlıqla Mübarizə İdarəsinə və digər dövlət orqanlarına müraciət etdiyini deyib. 

 

"Mənə aid olmayan videomaterialları qəsdən yayan, sosial şəbəkələrdə səsimi montajlayaraq tirajlayanlar qanun qarşısında cavab verəcəklər" - deyə Mənsum İbrahimov vurğulayıb. 

 

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Mənsum İbrahimovun 2000-ci illərin əvvələrində çəkildiyi bildirilən muğam təsnifinin xaric oxuması iddiası ilə bağlı görüntülər, Canəli Əkbərovun isə Xalq artisti haqqında tənqidi çıxışı və digər bu qəbildən olan videolar yayılıb. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu