Modern.az

Həmin bina tarixi abidə imiş... - FOTO

Həmin bina tarixi abidə imiş... - FOTO

24 Oktyabr 2024, 12:55

Ötən gün Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 4B ünvanında yerləşən binanın balkonu uçub.

 

Modern.az-ın məlumatına görə, hadisədən sonra ətrafda təhlükəli vəziyyət yaranıb.

 

Blkonu uçan bina yerli əhəmiyyətli memarlıq abidəsidir. Bina təmir-bərpa və möhkəmləndirmə işlərinin aparılmasına ehtiyacı olan abidələr sırasındadır. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli "oxu.az"a açıqlamasında deyib ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, yaşayış binaları olan tarixi abidələrdə təmir-bərpa işləri mülkiyyətçi və ya balanssaxlayıcı tərəfindən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir:

 

"Sözügedən memarlıq abidəsində də təmir-bərpa işlərinin aparılmasına icazə verilməsi ilə bağlı Dövlət Xidmətinə Bakı Şəhər İcra Hakimiyyəti Əsaslı Tikinti və Təmir MMC tərəfindən müraciət ünvanlanıb. Təqdim edilən layihədə memarlıq abidəsinin bədii-estetik görkəminin və dayanıqlığının təmin edilməsi ilə bağlı uyğunsuzluq olduğundan layihə düzəlişlərin edilməsi üçün qarşı tərəfə göndərilib. Hazırda həmin layihənin qanunvericilik çərçivəsində razılaşdırılması istiqamətində tədbirlər görülür".

 

Yasamal Rayon İcra Hakimiyyətindən "report"a verilən açıqlamada isə bildirilib ki, Mədəniyyət Nazirliyinin balansında olan sözügedən bina qəzalı binalar sırasına daxil edilib. Qeyd edilib ki, müvafiq qurumun ayırdığı vəsait əsasında binada yaşayan sakinlər orada çıxarılaraq kirayə evlərə köçürülməlidir:

 

“O bina tam bərpa olunmalıdır. Qəzalı vəziyyətdə olduğu üçün bir neçə gün əvvəl gecə saatlarında hava şəraiti ilə əlaqədar binanın eyvanı çöküb. Hər hansı kənar müdaxilə olunmayıb. Sakinlərlə iki ildir danışıqlar aparılır, lakin binanın altında olan qeyri-yaşayış obyektləri köçməyə etiraz edir".

1389967

1389968

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər