Modern.az

Opera və Balet Teatrında təmir nə vaxt başa çatacaq? - Rəsmi CAVAB

Opera və Balet Teatrında təmir nə vaxt başa çatacaq? - Rəsmi CAVAB

30 Oktyabr 2024, 16:10

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 2 ildən artıqdır təmirə bağlanıb. Teatrın binasında işlər hələ də davam edir. 

 

Modern.az təmir işlərinin nə vaxt başa çatacağını öyrənmək üçün Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb.

 

Qurumda bildirilib ki, təmir işlərinin bitməsi ilə bağlı konkret tarix demək mümkün deyil. O da qeyd olunub ki, binanın arxitektura özəlliyi, xarici görünüşü dəyişdirilməyəcək.


 
Məlumata görə, Opera və Balet Teatrı Opera Studiyasında və Heydər Əliyev adına sarayda öz repertuarını davam etdirir.

 

"Opera Studiyasında yaşanan əsas problem dekorasiyaların daha kiçik məkana sığışdırılması məsələsidir, ona görə hər dəfə korrektə olunmalıdır və burada dekorasiyalar dəyişməlidir. Heydər Əliyev sarayının səhnəsi isə Opera və balet teatırının əvvəlki səhnəsindən daha böyükdür, buna görə də dekorasiyaların quraşdırılmasında müəyyən boşluqlar yaranır. Təbii ki, hər iki müəssənin özünün repertuar proqramı var, ona görə də bəzən bu da müəyyən çətinliklər yaradır” - qurumdan bildirilib. 
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi