Məlum olduğu kimi, bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində nitq söyləyib.
Modern.az xəbər verir ki, Sammitdə NASA astronavtlarının beynəlxalq kosmik stansiyadan xüsusi videomüraciəti nümayiş olundu.
Daha sonra mədəni proqram təqdim edildi. Bu hissədə Azərbaycanın paytaxtı və regionlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Eyni zamanda bunun fonunda qonaqlara incəsənət nümayəndələrinin, müğənnilərin, ifaçıların və rəqqasların iştirakı ilə konsert proqramı təqdim edilib. Mədəni hissə 36-cı dəqiqədən başlayır: