Modern.az

Məsciddə dəhşət - Namaz qılan 12 dindarı öldürdülər

Məsciddə dəhşət - Namaz qılan 12 dindarı öldürdülər

Mədəniyyət

23 Noyabr 2024, 17:20

Əfqanıstanın şimalındakı Bəğlan əyalətində naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib.

Modern.az report-a istinadən xəbər verir ki, bu barədə "Khaama press" portalı mənbələrə istinadən məlumat yayıb.

"Mənbələr Bəğlan əyalətinin Nəhrin rayonunda naməlum silahlıların atəş açması nəticəsində 12 nəfərin həlak olduğunu bildiriblər", - materialda deyilir.

Portalın məlumatına görə, insident cümə axşamı axşam saatlarında baş verib. Qeyd olunub ki, bir qrup silahlı şəxs Seyid Padşah Ağa ziyarətgahına soxularaq namaz qılan müsəlmanları güllələyib.

Hələlik heç bir ekstremist qrup bu hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi