Modern.az

Fəxriyyə Xələfova 2014-cü ilin dəbdə olacaq rənglərini açıqlayıb

Fəxriyyə Xələfova 2014-cü ilin dəbdə olacaq rənglərini açıqlayıb

Mədəniyyət

1 Yanvar 2014, 14:44

Zövqlə geyinənləri maraqlandıran əsas suallardan biri də 2014-cü ildə hansı rəngdə geyimlərin dəbdə olacağıdır.
Tanınmış modelyer, "Fashion Mystery" moda evinin sahibi Günel Behbudova bu il kəhrəba-sarı və narıncı rənglərin dəbdə olacağını deyir. Bununla yanaşı o, zərif boz, al qırmızı və bənövşəyi rənglərdən də çox istifadə olunaacağını proqnozlaşdırıb.

Azərbaycanın digər tanınmış modelyeri Fəxriyyə Xələfova isə bildirib ki, 2014-cü ildə tünd mavi və yaşıl rənglərinin sintezı çox aktual olacaq.

Rəng sahəsində dünyada tanınmış "Panton" şirkətinin məlumatına əsasən isə,  Yeni ildə rənglərdə tarazlıq müşahidə olunacaq. Qarışıq rəng çalarları bu il digər parlaq rənglərlə uyğunlaşacaq.

Şirkətin araşdırmalarına əsasən, 2014-cü ildə on rəng dəbdə olacaq: tutqun göy, bənövşəyi, açıq yaşıl, qum rəngi, zərif boz, al qırmızı, kəhrəba sarısı, narıncı, yasəmən rəngi və açıq mavi rənglər.


Fəxriyyə Xələfova: "Mənim geyim dəstimin tünd mavi və yaşıl rənglərinin sintezı 2014 cü ildə çox aktual olacaqdır"

Pərvin Arzuqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi