Bu gün XX əsrin əvvəllərində elm aləminin ən məşhur fırıldaqlarından birinin ictimaiyyəti inandırdıqları gün kimi tarixə düşüb. Belə ki, Çarlz Douson tərəfindən aparılan arxeoloji qazıntılar təkamül nəzəriyyəsi ilə bağlı əskik parçanın tamamlandığını sübut etməyə çalışsa da, qısa zaman sonra arxeoloji fırıldaqcılıq üzə çıxıb.
Modern.az xəbər verir ki, 15 fevral 1912-ci il də həvəskar arxeoloq Çarlz Douson Britaniya muzeyinin geologiya şöbəsinin baxıcısı Artur Smit Vudvorda məktub yazır. Douson məktubunda Piltaunda yerləşən çınqıllı karyerdə insanabənzər varlığın kəllə sümüyünün bir hissəsini tapması haqda məlumat verir. Bir neçə ay sonra Smit Vudvord kəllə sümüyünü tədqiq etməyə başlayır və bu tapıntının bu vaxta qədər mövcud olmayan ibtidai insana məxsus olması nəticəsinə gəlir.
O bu kəllə sümüyünə “Eoanthropus dawsoni” ("Dousonun şəfəq insanı") elmi adını verir. Dousonla birlikdə qazıntılar işləri aparan Artur Smit həmin ərazidə Piltdaun insanının mövcuduluğu haqda digər dəlillər aşkar etməyə başlayırlar. Qazıntılar zamanı kəllə sümüyünə aid daha çox hissələr - iki dişi olan çənə, müxtəlif daşlaşmış heyvan və sadə daşlaşmış əmək alətləri kimi dəlillər aşkar olunur.
Hesab olunurdu ki, tapılmış qalıqlar bir insana məxsus idi. Smit Vudvord kəllə sümüyünün rekonstruksiyasını yerinə yetirdikdən sonra - 1912-ci il 21 noyabr tarixində “Mançester Guardian” qəzetində “Sasseksdə aşkar edilmiş nadir tapıntı” haqqında məqalə çap etdirir. Bu məqalədə kəllə sümüyünün məxsus olduğu varlığın milyon il əvvəl yaşaması və İngiltərədə tapılmış insanın ilkin əcdadı olması göstərilib. Bir neçə həftə sonra, 18 dekabr 1912-ci il tarixində London geoloji cəmiyyətində “piltdaun insanı”nın aşkar olunması dünya ictimaiyyətinə çatdırılıb. Meymun və insan arasında olan təkamül zamanı gəlib çıxmayan bu tapıntı əsl sensasiyaya çevrilib.
Lakin Piltdaun insanının kəllə sümüyü üzərində Smit Vudvord tərəfindən aparılan rekonstruksiya çoxlu şübhələrə səbəb olur. Hələ 1912-ci il 18 dekabr tarixində ilk nümayiş zamanı Artur Kit kəllə sümüyünün gicgah aşağı alt çənə oynağının müasir insan oynağına oxşarlığı və meymunabənzər köpək dişin onunla uyğunlaşmaması haqda fikir irəli sürüb.
A.Kit öz düşüncələrini ilk əvvəl çox da geniş olmayan alim dairələrində irəli sürərək müdafiə edir bu fikirə qatılanlardan biri Mançester şəhərindən olan anatomiya professoru Qrafton Elliot Smit də vardır. Onun yeganə inandıra bilmədiyi, insan britaniyalı Edvin Rey Lankester olub. Lakin bu, Artur Kiti dayandırmadı. O, 1913-cü ilin avqustunda Londonda keçirilən Ümumdünya tibb konqressinin iştirakçılarına rekonstruksiyadakı anatomik qeyri-uyğunluq haqda məlumat vermiş və “The Times” da buna müvafiq olan material çap etdirmişdir. Kitin belə hərəkət etməsi Böyük Britaniya elmi cəmiyyətinin mənfi qarşılandı.
Sonradan Artur Kitə 1913-cü il 13 noyabr tarixində “Nature” jurnalının buraxılışında Piltdaun tapıntısı haqda özünün tənqidi qeydlərini nəşr etdirən anatom Devid Uoterston da qoşulub. O, bildirib ki, çənə sümüyü şimpanzeyə aid olsa da, kəllə sümüyünün hissələri isə insan cizgilərinə malikdir. Bu səbəbdən bunların hamısının bir tipə aid olması məntiqi deyildir.
1915-ci ildə amerikalı zooloq Qerit Smit Miler Piltdaun nümunələrinin surətlərini detallı şəkildə tədqiqatının nəticələrini çap etdirir. Tədqiqatları bitdikdən sonra o, bildirmişdir ki, çənə sümüyü şimpanze qalıqlarına məxsusdur. Nəhayət, 1923-cü ildə alman anatomu Frans Vetdenreyx qalıqları analiz edərək bildirib ki, kəllə sümüyü müasir insan və oranqutanın çənə sümüyünün birləşməsidir.
Birgə səy nəticəsində onlar "Piltdaun insanı"na məxsus kəllə və çənə sümüklərinin iki müxtəlif – insan və meymuna aid olmasını aşkar etmişdilər. Mikroskopla baxış zamanı görünən dişlərin üzərindəki cızıqların insan dişlərinə bənzəməsi üçün edildiyi aşkar olunmuşdur. Bundan başqa, alimlər karyerdə tapılan tapıntıların süni şəkildə köhnəldiyini və yerli qraviyin rəngini almasını aşkar edirlər. Bütün bu dəlillərə əsasən, onlar ""Piltdaun insanı"nın saxta olmasını və elmi yalan adlandırmışdılar. Bu barədə Taymz jurnalının 30 noyabr 1953-cü il buraxılışında ictimaiyyət xəbər verilib.