Modern.az

Şeyxdən matəm günü ilə bağlı GÖSTƏRİŞ

Şeyxdən matəm günü ilə bağlı GÖSTƏRİŞ

25 Dekabr 2024, 16:22

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

Modern.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Qazaxıstan Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri bizi dərindən sarsıtdı.

Həlak olanlara Allah-Təaladan rəhmət diləyir, mərhumların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan onlara səbr diləyir, yaralananların tezliklə şəfa tapmasını arzulayıram.

Uca Allah xalqımızı hifz etsin, bütün bəlalardan qorusun!"

Həmçinin QMİ sədrinin göstərişi ilə ölkəmizdə fəaliyyət göstərən məscidlərdə təyyarə qəzasında həlak olanların xatirəsi yad olunacaq, onların ruhlarına dualar oxunacaq.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər