Modern.az

Bayıl parkında yeni restoran tikilir? - Rəsmi CAVAB

Bayıl parkında yeni restoran tikilir? - Rəsmi CAVAB

Mədəni̇yyət

16 Yanvar 2025, 17:33

Bakı şəhəri, Səbail rayonunda yerləşən Bayıl parkında yeni restoranın tikildiyi barədə iddialar yayılıb. Görüntülər sosial mediada paylaşılıb.

Qeyd olunur ki, parkda artıq dördüncü restoranın tikintisi aparılır.

Modern.az məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, 16 yanvar 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Səbail rayonu, Mirzə Mustafayev və Aydın Nəsirov küçələrinin kəsişməsində yerləşən Bayıl parkının ərazisinə baxış keçirilib.

"Hər hansı yeni tikinti faktı aşkar edilməyib. Məlumat üçün bildiririk ki, sözügedən ünvanda yerləşən obyekt xüsusi mülkiyyətə aid olan köhnə tikilidir və hazırda orada təmir-bərpa işləri aparılır. Odur ki, sosial şəbəkələrdə yayılan məlumatlar və şəkillər həqiqəti əks etdirmir", - açıqlamada qeyd olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı