TƏBİB Xalq artisti Ənvər Həsənovun vəziyyəti ilə bağlı məlumat yayıb.
Modern.az-ın məlumatına görə, məlumatda bildirilir ki, yanvarın 10-da saat 10:15-də Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunur ki, ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.
"Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir", - qurumdan verilən açıqlamada bildirilir.
***
18:13
Ötən gün səhər insult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan palataya köçürülüb.
Bu barədə Modern.az-a aktyorun yaxınları məlumat verib.
Bildirilib ki, insult keçirəm Ənvər Həsənov bir az öncə palataya köçürülüb, müalicəsi davam etdirilir.
Qeyd edək ki, aktyor 26 nömrəli Mərdəkan Xəstəxanasında müalicə olunur.