Modern.az

Əməkdar artist 20 Yanvar şəhidi olan atasından danışdı - FOTOLAR

Əməkdar artist 20 Yanvar şəhidi olan atasından danışdı - FOTOLAR

Mədəniyyət

20 Yanvar 2025, 13:26

Əməkdar artist, teatr və kino aktrisası Məsmə Aslanqızı 20 Yanvar şəhidi olan atasından bəhs edib.

Modern.az-ın məlumatına görə, aktrisa atası Aslan Ağaverdiyevi çox erkən yaşda itirdiyini bildirib:

“Atam şəhidlik zirvəsinə yüksələndə mənim 12 yaşım var idi. Mənim əziz atam! 35 ildir şəhidlik zirvəsinə yüksəlib Allahın dərgahındasan! Bilirəm ki, ruhun daim bizimlədir. Sevincimizin də, kədərimizin də şahidisən. Bilirəm ki, ruhun bizə duaçıdır! Bunu 35 ildir bütün varlığımla hiss edirəm! Bu gün adəti üzrə bütün əzizlərin evimizə yığışıb Sənə və digər Şəhidlərimizə dualar oxuyurlar. Cənnətdəki dostlarına de ki, narahat ruhları sakitləşsin! Biz Sizi unutdurmadıq! Hər kəs layiqli cavabını alacaq! Bunu Sənə və bütün 20 Yanvar Şəhidlərinə söz verirəm! Allah sizə rəhmət eləsin”.

Məsmə Aslanqızı atasının xatirəsinə tikilən bulaqdan da danışıb:

“Anam Zərifə xanım illərdir yaşadığı Şağan qəsəbəsində öz hesabına Şəhid atamın adını daşıyan bulaq tikdirib. Soruşanda ki, bu qədər supulunu nece verəcəksən, sən Hacı Zeynalabdin deyilsən axı, cavabı belə oldu: “Neçə ildir atanın şəhidlik təqaüdünü alırıq, elə o təqaüddən də suyun pulunu verəcəyəm, əvəzində hər dəfə Aslanın ruhuna dualar oxunacaq”. Mərd, qızıl ürəkli anam…”.

Aslan Aöaverdiyev 24 avqust 1952-ci ildə Bakıda anadan olub. 1990-cı il yanvarın 20-nə keçən gecə saat 22:00 radələrində keçmiş Naxçıvan mehmanxanasının qarşısına gəlib, orada Sovet əsgərləri ilə üzbəüz dayanan əli körpəli və uşaq arabalı qadınları geri çəkib, onların qarşısında cavanlarla birlikdə dayanıb. Saat 00:01 radələrində atəş əmri verilərkən qadınların və uşaqların qarşısında sədd çəkmiş cavanlar (Aslan Ağaverdiyev daxil olmaqla) gülləbaran edilib.
Aslan Ağaverdiyev bu hadisədə yaralanıb, güllə onun nazik və yoğun bağırsaqlarını, mədəsini və böyrəyini zədələyib. Xəstəxanaya gətirilənə qədər 3 litr qan itirib. İşıqlar kəsildiyindən xəstəxanada çox ağır şəraitdə şam işığında, qəzet alovunun işığında əməliyyat olunub. Ona vurulan qan bədənində dövran etmədiyinə görə yanvarın 21-də şəhidlik zirvəsinə ucalıb. Şəhidlər xiyabanında dəfn edilib.
Üç qızı yadigar qalıb.

Bakıdakı 31 nömrəli məktəb şəhidin adını daşıyır.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər