Modern.az

Yenidən sədr seçilən Firəngiz Əlizadə: "Xaricdəki üzvlərimiz də dəstək oldular" - YENİLƏNİB

Yenidən sədr seçilən Firəngiz Əlizadə: "Xaricdəki üzvlərimiz də dəstək oldular" - YENİLƏNİB

Mədəniyyət

24 Yanvar 2025, 14:29

Yenidən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilən Firəngiz Əlizadə təəsüratların bölüşüb.

O, Modern.az-a açıqlamasında bildirib ki, qurultayda hesabat da təqdim edilib.

"Bildiyiniz kimi, hesabat çox böyükdür, 5 ilin hesabatı təqdim edildi. Nitqimdə hesabatı qısaca qeyd etdim, amma bütün üzvlərimizə hesabat göndərilib. Eyni zamanda hesabatı mədəniyyət nazirimizə də təqdim etdim. Daha sonra ənənəvi olaraq qurultay davam etdi. Mədəniyyət nazirimiz çox gözəl çıxış etdi, mən də hesabatı təqdim etdikdən sonra İdarə Heyətinin tərkibi qəbul edildi və hər kəs öz ürək sözlərini dedi. Eyni zamanda bizim xaricdə yaşayan üzvlərimiz də öz mesajları ilə mənə dəstəklərini bildirdilər".

***

13:34

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib.

Modern.az xəbər verir ki, APA-nın məlumatına görə, qurultayda mədəniyyət naziri Adil Kərimli də iştirak edib.

Nazir çıxışında qurultay iştirakçılarına tövsiyələrini bildirib, ittifaqa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bir sıra məruzələr dinlənilib.

Daha sonra sədr seçkisi olub. Səsvermə nəticəsində Xalq artisti Firəngiz Əlizadə yenidən ittifaqın sədri seçilib.

Qeyd edək ki, 75 yaşlı bəstəkar 2007-ci ildən Bəstəkarlar İttifaqına rəhbərlik edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər