“Cahangir Novruzovun ölkəyə qayıtması məsələsini qaldırmaq istəyirəm”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Səyyad Aran bildirib.
“Cahangir Novruzov Adanada teatr yaradıb, insanlara elm öyrədir. Sənət cameəmizdə isə bu gün dava-dalaş gedir. Onunla maraqlanmaq, dəvət etmək lazımdır. Qoy, gəlsin sənətimizdəki boşluğu doldursun. İstedadlar 100 ildən bir yetişir”,- o deyib.