Modern.az

65 il əvvəl oğurlanan heykəl Türkiyəyə qaytarıldı - FOTO

65 il əvvəl oğurlanan heykəl Türkiyəyə qaytarıldı - FOTO

Mədəniyyət

15 Aprel 2025, 15:58

1960-cı illərdə Türkiyənin Boubon şəhərindən qeyri-qanuni yollarla ölkədən çıxarılan və Roma imperator Marcus Aureliusun filosof obrazında təsvir edildiyi bürünc heykəl Klevlend İncəsənət Muzeyində keçirilən rəsmi mərasimlə Türkiyəyə təhvil verilib. 


Modern.az xəbər verir ki, bu barədə Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı sosial şəbəkə hesabında etdiyi paylaşımda məlumat verib. Gökhan Yazgı onu da vurğulayıb ki, heykəlin qaytarılması üçün təxminən 65 ildir ki, elm, diplomatiya və mədəniyyət sahəsində işlər görülürdü.


Qeyd edək ki, əsər Türkiyəyə gətirilməzdən əvvəl üç ay müddətində Klevlend İncəsənət Muzeyində xüsusi sərgi çərçivəsində ictimaiyyətə təqdim ediləcək. İyul ayında isə bu tarixi əsər Türkiyədə öz mədəni konteksti daxilində sərgilənəcək.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?