Modern.az

Ermənilərin oğurladığı 4 mahnı Youtube-dən silindi

Ermənilərin oğurladığı 4 mahnı Youtube-dən silindi

Mədəniyyət

22 May 2025, 11:11

Erməni qarmon ifaçısı Gagik Stepanyan “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının müsiqilərini popuri şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib və //www.youtube.com/watch?v=pJ94cvEIymw səhifəsində yerləşdirib.

Bu barədə Modern.az-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, G.Stepanyan həmin mahnıların adlarını və onların müəlliflərinin adlarını qeyd etməyib.

Qeyd edilən məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə erməni qarmon ifaçısı Gagik Stepanyan ifası Youtube-nin qeyd edilən səhifəsindən silinmişdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi