Modern.az

Füzuli Hüseynova töhmət verildi - Şuradan ÇIXARILDI

Füzuli Hüseynova töhmət verildi - Şuradan ÇIXARILDI

Mədəniyyət

30 May 2025, 19:25

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının (Azdrama) Bədii Şurasının üzvlüyündən azad edilib.

Modern.az xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Füzuli Hüseynova töhmət verilib.

Buna səbəb kimi Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə göstərilib.

"Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb", - açıqlamada bildirilir.

Qeyd edək ki, Əli NurFizuli Hüseynovun ona hücum etdiyini bildirib və məsələ ilə əlaqədar polisə şikayət edib. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi