Modern.az

Yeni Roma Papası Azərbaycan üçün dua edib

Yeni Roma Papası Azərbaycan üçün dua edib

Mədəni̇yyət

7 İyun 2025, 10:58

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete bir müddət əvvəl yeni Roma Papası XIV Leo ilə görüşüb.

Modern.az-a bu barədə məlumat verən Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev bildirib ki, papa ölkəmiz üçün xeyir-dua verib. 

Yepiskop Vladimir Fekete, dünyanın başqa ölkələrindən olan digər yepiskoplar ilə bərabər Papanın ənənəvi həftəlik ümumi audiensiyasında iştirak edib və tədbirin sonunda digər yepiskoplar ilə birlikdə Papa Müqəddəslərini salamlayıb.

Yepiskop Vladimir Fekete Papa XIV Leo-ya Azərbaycan katoliklərinin salamlarını çatdırıb, Zati-Müqəddəslərindən Azərbaycandakı Kilsə üçün və ölkəmiz üçün xeyir-dua istəyib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi