Modern.az

Məşhur moda jurnalı 2025-ci ilin yay trendlərini AÇIQLADI

Məşhur moda jurnalı 2025-ci ilin yay trendlərini AÇIQLADI

Mədəni̇yyət

18 İyun 2025, 15:26

2025-ci il moda dünyasında keçmişin nostalji estetikası ilə gələcəyin cəsur və gələcəyə yönəlik görüntüsü arasında körpü rolunu oynayır. Moda dünyasına bu il qatılan Y3K estetikası, 2000-ci illərin dəbi olan bohem tərzinin yenidən doğuluşu, “Barbie” üslubunun pastel çalarlarla qayıdışı, meyvə tonlarının enerjisi və təbiətdən ilham alan motivlərlə zənginləşən bu yay, həm klassikaya, həm də modernliyə bərabər şəkildə yer verir.

Modern.az xəbər verir ki, “Vogue” jurnalına görə yayın ən aktual moda tendensiyaları bunlardır:  

Retro və “preppy” üslubun qovuşması

2025-ci ilin yay aylarında idman tərzində, lakin bir o qədər göz önündə olmaq yenidən gündəmə gəlir. Lakin bu dəfə, 70–90-cı illərin retro idman geyimləri ilə preppy (kollaj) üslubunun sintezi əsas tutulacaq. Rəngli üst geymləri, retro sport dəstlər və sadə idman ayaqqabıları bu tərzin əsas elementləridir. Rahat, lakin tərzli görünmək istəyənlər üçün ideal yaz trendidir.  

80-lərin maksimalizmi

Son illərdə yavaş-yavaş dəbə qayıdan 80-lər üslubu 2025-ci ildə zirvəyə çatıb. Göz qamaşdıran rənglər, iri naxışlar, parıltılı materiallar və zərif detallar bu üslubun özəlliklərindəndir. Çiçəkli donlar, qabarıq çiyinli pencəklər, iri sırğalar və brokar parçalarla maksimalist ruhu yaşatmaq mümkündür. İncə detallı aksesuarlar isə bu tərzin zərif tamamlayıcısı olacaq.

Y3K estetikası

2025-ci ildə zamanı qabaqlayan moda yeni mərhələyə keçir. Y3K estetikası adlanan bu üslub mərhələsi gümüşü və metalik tonların üstünlük təşkil edir. Bu üslub distopik və texnoloji görünüşləri bir araya gətirir. Kargo şalvarlar, iti xətli ceketlər və funksional parçalar görünüşünüzü elmi-fantastik filmin qəhrəmanına çevirməyə fokulanıb.

Bohem partlayışı: 2000-lərin sərbəst ruhu 

Chloé brendinin 2024-cü ildəki yenilənməsi ilə 2000-ci illərin bohem ruhu da yenidən gündəmə gəlib. 2025-ci ildə şifon donlar, dantel bluzlar, süet və dəri detallarla romantik və sərbəst stilə üstünlük veriləcək. Solğun çəhrayı, krem, sarı və ağ tonları, Bella Hadid-in məşhur “horsegirl” estetikası ilə birlikdə boho tərzinə yeni nəfəs verir.

Albalı tonları

2025-ci ilin yay alarının trendlərindən biri meyvə temalı geyimlər olacaq. Xüsusilə gilasdan ilhamlanan bu trend, tünd qırmızı və gilas tonlarını aksesuarlarda özünü daha çox göstərəcək. Bu tonlar, həm gecə libaslarında, həm də gündəlik kombinlərdə fərqlilik yaratmağa imkan verir.

Heyvan naxışları

2025-ci ildə leopard, inək, ilbiz və pələng naxışları yenidən dəbə qayıdır. Heyvan naxışlı çanta və ayaqqabılar görünüşə diqqət çəkici detal qatmağa fokuslanıb. Minimal geyimlərlə birləşdirildikdə isə bu naxışlar zərif və dominant effekt yaradır.

Dəniz mövzulu elementlər

Dəniz mövzulu elementlər 2025-ci ilin yay aylarının əsas dəbdəbəsi olacaq. Ağ və tünd göy rəngli breton zolaqları, hörgülü sviterlər, geniş kəsimli şalvarlar və parlaq rəngli üst geyimləri bu tərzin əsas detallarını təşkil edir. Balıqçı papaqları idman ayaqqabıları ilə birləşdikdə yay üçün ideal bir görünüş yaradır.

“Barbie” teması yenidən qayıdır 

2025-ci ilin yazında pastel çalarlar və şirin detallarla yenidən canlanır. Parlaq çəhrayı rənglər əvvəlki kimi dominant olmasa da, yumşaq tonlar, iri aksesuarlar, böyük eynəklər və yüksək platforma ayaqqabılarla bu “kukla” estetikası gündəlik geyimlərə daxil olur. 

Ümumilikdə götürdükdə 2025-ci il modası fərdi ifadə azadlığını ön plana çıxararaq, keçmişin və gələcəyin sintezindən doğan çoxşaxəli və cəsarətli bir stil anlayışını təbliğ edir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!