Modern.az

Rəşid Behbudovu kim öldürüb: dəhşətli kaset qalmaqalı - ANONS (MÜSAHİBƏ) 

Rəşid Behbudovu kim öldürüb: dəhşətli kaset qalmaqalı - ANONS (MÜSAHİBƏ) 

Mədəni̇yyət

19 İyun 2025, 21:10

Dünya şöhrətli müğənni Rəşid Behbudovun ölümü haqqında hələ də müəmmalı qalan bəzi hadisələrin olduğu və onun sifarişlə öldürüldüyü deyilir. 

Xalq artistinin erməniləri ifşa edən müəyyən kasetlərə sahib olduğu da istisna edilmir. İlkin ehtimala görə, bu kasetler 26 Bakı komissarının erməni əsilli rəhbəri Stepan Şamuyanın Hindistanda yaşayıb-ölməsi ilə bağlı olsa da, Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyev Modern.az-a müsahibəsində sənətkarın əsl ölüm səbəbinin başqa olduğunu deyib.

O qeyd edib ki, Rəşid Behbudovun əldə etdiyi kaset Qarabağın ermənilərə verilməsi ilə bağlı olub. 

Belə ki, 1987-ci ildə SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov həyat yoldaşı Raisa ilə Amerikada səfərdə olur. Həmin müddətdə Raisa Mixail Qorbaçov olmadan erməni diasporunun nümayəndələri ilə birlikdə yaxtada okean turuna çıxırlar.

Orada ermənilər Raisaya qiymətli hədiyyələr verirlər və ilk dəfə Qarabağ məsələsini qaldırılar. Raisa isə onlara kömək edəcəyinə söz verir.

1988-ci il may ayında Türkiyəyə qastrola gedəndə Türkiyə xüsusi xidmət orqanları həmin məsələni Rəşid Behbudova çatdırır və kaset ona verilir. Qızı Rəşidə xanım da həmin qastrolda atasını müşayiət edib. Kasetin taleyi də ailəyə məlumdur. 

Rəşid Behbudov Türkiyədə 

Bu hadisədən sonra - 1988-ci ildə dekabrın 1-də Ermənistanın və Azərbaycanın görkəmli elm, sənət, mədəniyyət xadimləri ilə Qorbaçovun görüşü zamanı Rəşid Behbudovla Qarabağ mövzusuna görə mübahisə edirlər. Rəşid Behbudov özünün də şuşalı olduğunu və Qarabağın Azərbaycana məxsus olduğunu qeyd edir.

Mübahisədən cəmi 6 ay sonra Rəşid Behbudov həyatını itirir. 

Rəşid Behbudov 9 iyun 1989-cu ildə Moskvada yerləşən Kreml xəstəxanasında dünyasını dəyişib. Xəstəxanada Rəşid Behbudovun gecə növbətçisi həkimi erməni olub. 

Xəstəxanaya yerləşdiyi gündən Rəşid Behbudovun həmişə yanında həyat yoldaşı Ceyran Behbudova olub. Amma Rəşid Behbudovun öldüyü gün həmin erməni həkimi Ceyran xanıma müəyyən prosedurların olacağını, buna görə də onun palatadan kənarda gözləməli olduğunu deyib. Palata qapısının yanına bunun üçün bir kreslo da qoyublar. Ceyran xanım palatadan çıxandan sonra tibb bacılarından çay istəyib, həmin çayı içəndən sonra isə oturduğu yerdə yuxuya gedir və saatlarla ayılmır. 

Ceyran xanım bu haqda ailə üzvlərinə danışıb:

“Bir-iki dəfə qulağıma səs gəldi, soruşdum, narahat oldum. Dedilər ki, narahat olmayın prosedurlardı. Həmin prosedurdan qabaq Rəşid Behbudov əməliyyata hazırlaşırdı, əməliyyat günün səhərisi onu ləğv etdilər. Heç bir izah da olmadı, elə bildim bir-iki saata səbəbini deyəcəklər, amma heç nə demədilər. Məni palatadan çıxarandan sonra, çay içdim, sonra da yuxuya getdim”. 

Ceyran Behbudova həkimlərin növbə dəyişməsi zamanı, səhər saat 8-9 arası yuxudan ayılıb. Növbətçi həkim hər şeyi təhvil verəndə Ceyran xanım Rəşid Behbudovun vəziyyətini həkimlərdən soruşub. Ona deyiblər ki, gecə saat 04:10-da Rəşid Behbudov rəhmətə gedib. Ceyran Behbudova palatanın düz yanında olsa da, Rəşid Behbudovun ölümü haqqında ona axşamdan heç nə deyilməyib. 

Ceyran xanımı bundan sonra baş həkimin yanına aparıblar. Baş həkim Ceyran Behbudovaya vərəq uzadaraq ora qol çəkməsini istəyib. Vərəqdə yaxınların meyitin tibbi ekspertizadan keçməməsi və yarılmamasını istədiyi yazılıbmış. Baş həkim Rəşid Behbudovun xanımını inandırır ki, siz müsəlmansınız və meyitin yarılması sizin dininizə görə qadağandır. Həmin vaxt panikada olan Ceyran xanım sənədi imzalayıb. 

R.Behbudovun nəşi Bakıya gətirildikdən sonra, məsciddə yuyulmağa aparılıb. Rəşid Behbudovun bacısı oğlu Cəfər də həmin mərasimdə iştirak edib. Cəfər görüb ki, meyit yarılıb və bu haqda ailəyə məlumat verib. Bundan sonra məhkəmə-tibbi ekspedisiyasına zəng ediblər ki, Rəşid Behbudovun nədən rəhmətə getdiyi yoxlanılsın. Ekspertizanın nəticələri olan sənədi səhərisi gün istəyəndə ailəyə bildiriblər ki, sənəd yoxdur. Bundan sonra Rəşidə xanım məhkəmə-tibbi ekspertizanın həmin vaxtkı rəhbərindən dönə-dönə sənədi tələb edib. Axırda o da deyib ki, bizlik deyil, gəlib sənədləri aparıblar. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!