Musiqisi Azərbaycan bəstəkarı Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısının erməni əsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb.
Bu barədə Modern.az-a Əqli Müəlkiyyət Agentliyindən bildirilib.
Məlumata görə, erməni əsilli Kipr müğənnisi Ovik Dəmirçy “Qal, sənə qurban” mahnısını mənimsəyib erməni mahnısı kimi təqdim edərək oxumuş və yutub platformasında (//www.youtube.com/watch?v=POBhY3mT0S8) yunan dilində “Hara gedir” adı altında yaymışdır.
Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın yutub platformasında yaydığı həmin mahnı silinib.