Modern.az

Türk Mədəniyyəti və İrsi Fondu “İpək yolu” ilə əməkdaşlıq edəcək

Türk Mədəniyyəti və İrsi Fondu “İpək yolu” ilə əməkdaşlıq edəcək

Mədəni̇yyət

24 İyun 2025, 14:40

Türk Mədəniyyəti və İrsi Fondu ilə “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və İpək Yolu boyunca yerləşən türk xalqlarına məxsus çoxəsrlik tarixi və zəngin mədəni irsin araşdırılması, qorunması və təbliğini nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb.

Modern.az xəbər verir ki, sənədi Türk Mədəniyyəti və  İrsi Fondunun prezidenti Aktotı Raimkulova və “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazova imzalayıblar.

Sənəd Türk dünyasının ortaq mədəni köklərinin araşdırılması, elmi tədbirlərin təşkili, birgə nəşrlərin hazırlanması və ictimaiyyətin maarifləndirilməsi məqsədini daşıyır. Tərəflər, həmçinin, beynəlxalq platformalarda türk mədəni irsinin tanıdılması üçün birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində razılığa gəliblər.

Memorandum tərəflər arasında gələcək əməkdaşlığın üfüqlərini genişləndirir və Türk dünyasının inkişafına xidmət edəcək irimiqyaslı birgə layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!