Modern.az

Gülyanaq Məmmədovaya Fəxri doktor adı verildi

Gülyanaq Məmmədovaya Fəxri doktor adı verildi

Mədəniyyət

10 İyul 2025, 14:12

Azərbaycan və Özbəkistan Respublikasının Xalq artisti, dosent Gülyanaq Məmmədova Türk Dünyası mədəniyyətinin təbliğindəki xidmətlərinə görə BZT–Turan Akademiyasının Fəxri Doktoru adına layiq görülüb.

Modern.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib.

Gülyanaq Məmmədova sevincini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, tədbirdən fotolar paylaşıb.

Qeyd edək ki, Gülyanaq Məmmədova uzun illərdir Azərbaycan və ümumilikdə Türk Dünyası musiqisinin təbliği və qorunması istiqamətində fəal yaradıcılıq fəaliyyəti ilə tanınır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi