Modern.az

Bulvarda kino axşamları - Açıq havada film seansları olacaq

Bulvarda kino axşamları - Açıq havada film seansları olacaq

Mədəniyyət

14 İyul 2025, 12:21

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Bulvarda kino axşamı” adlı layihəyə start verilir.

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycanfilm” kinostudiyasından bildirilib.

Layihənin məqsədi gənc nəslin vətənpərvərlik və milli ruhda maarifləndirilməsi, Azərbaycan kinosunu yalnız Bakı sakinlərinə deyil, şəhərimizdə qonaq olan turistlərə də tanıtmaqdır .

İlk nümayiş iyulun 19-na planlaşdırılıb. Həmin gün bulvarda açıq havada C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Görüş” filmi göstəriləcək.

Seans saat 20.00 - da başlanır.

Qeyd edək ki, filmlərin nümayişi ilə yanaşı, “Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqları da sərgilənəcək. Sərgini ziyarət edənlərin sevdikləri film qəhrəmanlarının onlara tanış olan qiyafələrini və aksessuarlarını, eləcə də çəkiliş vaxtı istifadə edilən avadanlıqları görmək imkanları olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi