"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".
Modern.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Zaur Rzayevin oğlu, opera ifaçısı Azər Rzazadə atasının səhhətindən danışarkən deyib.
Onun sözlərinə görə, atasının ürəyində problem aşkarlanıb: "Hazırda həkimlərin nəzarəti altındadır və müalicəsi davam edir. Ürək əməliyyatının aparılıb-aparılmayacağı isə müalicənin gedişindən asılı olaraq müəyyən ediləcək".
Azər Rzazadə ailəsi adından Heydər Əliyev Fonduna atasına göstərilən dəstək üçün təşəkkür edib.
Qeyd edək ki, Zaur Rzayevin 73 yaşı var.