Məşhur kinorejissor Yuri Kara vəfat edib.
Modern.az xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.
"Telegram Mash" kanalının məlumatına görə, Kara keçən il infarkt keçirib, bundan sonra o, ağırlaşmalardan şikayətlənib.
Donetskdən olan mərhum rekossor "Master və Marqarita", "Korolyov", "Baltasarın bayramı və ya Stalinlə gecə", "Qanuni oğrular", "Sabah müharibə idi" filmləri ilə məşhurlaşıb.