Modern.az

Arif Babayevin vəziyyəti kritik ağırdır

Arif Babayevin vəziyyəti kritik ağırdır

Mədəniyyət

24 İyul 2025, 15:37

Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib.

Modern.az-ın məlumatına görə, o, dünən axşam saat 17:30 radələrində kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Sorğumuza cavab olaraq TƏBİB-dən bildirilib ki, A. Babayev dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. 

Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir.

"Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır", - açıqlamada qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış