Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.
Bu barədə Modern.az-a Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran Musayev bildirib.
Onun sözlərinə görə, xanəndənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
Xatırladaq ki, iyulun 23-də Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib.