Modern.az

Türk Mədəniyyəti və İrsi Fondu Vaşinqton müqaviləsini alqışladı

Türk Mədəniyyəti və İrsi Fondu Vaşinqton müqaviləsini alqışladı

Mədəniyyət

10 Avqust 2025, 12:59

Türk Mədəniyyəti və İrsi Fondu Vaşinqtonda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Birgə Bəyannamənin imzalanmasına münasibət bildirərək bəyanat yayıb.
 
Modern.az xəbər verir ki, Fondun bəyanatında deyilir:

“Türk Mədəniyyəti və İrsi Fondu Vaşinqtonda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Birgə Bəyannamənin imzalanmasını alqışlayır. Bu tarixi sənəd regionun sabit və çiçəklənən gələcəyi naminə davamlı sülhə, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa doğru mühüm bir addımdır.

Fond adından, təşkilatın qurucu dövlətlərindən olan Azərbaycan Respublikasının Prezidenti zati-aliləri, cənab İlham Əliyevə səmimi təbriklərimizi çatdırırıq. Bu mühüm diplomatik nailiyyət onun uzaqgörən strateji baxışı, sülh münasibətlərinə olan sarsılmaz bağlılığı və müdrik dövlət idarəçiliyi sayəsində mümkün olmuşdur.

Türk Mədəniyyəti və İrsi Fondu inanır ki, bu addım region xalqları arasında qarşılıqlı anlaşmanın, əməkdaşlığın və harmoniyanın gücləndirilməsi üçün möhkəm bir təməl olacaqdır”.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza