Modern.az

“Şərəf” ordeni alan Xalq artisti Modern.az-a danışdı

“Şərəf” ordeni alan Xalq artisti Modern.az-a danışdı

Mədəniyyət

14 Avqust 2025, 13:40

Xalq artisti Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Modern.az Xalq artistinin təəssüratlarını öyrənmək üçün onunla saxlayıb.

Afaq Bəşirqızı dövlət başçısının imzası iıə təltif olunmaqdan qürur duyduğunu vurğulayıb:

"Var olsun, Prezidentimiz! Var olsun, xalqımız! Cənab Prezidentimizə mədəniyyətə, incəsənətə olan qayğısına görə təşəkkür edirəm!"

Xalq artisti həmçinin bütün incəsənət xadimlərinə çağırış edib:

"Hamıya demək istərdim ki, mədəniyyəti qorumaq və Prezidentin qarşısında alnıaçıq olmaq üçün işləmək, sənəti yüksək səviyyəyə qaldırmaq lazımdır".

Qeyd edək ki, avqustun 15-də Afaq Bəşirqızının 70 yaşı tamam olur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu