Modern.az

Azərbaycanlı yazıçının əsəri Rusiyanın Yəhudi Muxtar Vilayətində səhnələşdirilib

Azərbaycanlı yazıçının əsəri Rusiyanın Yəhudi Muxtar Vilayətində səhnələşdirilib

Mədəniyyət

21 Avqust 2025, 17:07

Avqustun 18-də Rusiyanın Yəhudi Muxtar Vilayətinin paytaxtı Birobican şəhərinin 44 saylı uşaq bağçasında böyük loqopedik qrup üzvləri azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin eyni adlı pyesi əsasında hazırlanan “Qarınqulu ayı balası” tamaşasının premyerasını təqdim ediblər.

Modern.az-ın məlumatına görə, tamaşanın quruluşçu rejissoru, tərbiyəçi-müəllimə Kseniya Paramonova səhnə əsərinin mətnini loqopedik qrup uşaqlarının imkanlarına uyğunlaşdıraraq əsəri nitq problemi olan uşaqlar üçün adaptasiya edib.

Tamaşada uşaqlar həm yaradıcı bacarıqlarını nümayiş etdiriblər, həm də nitq inkişafı baxımından mühüm praktiki təcrübə qazanıblar. Layihə həm pedaqoji, həm də mədəni baxımdan böyük maraq doğurub. Tamaşanı izləyən valideynlər və müəllimlər layihəni yüksək qiymətləndirərək belə mədəni-pedaqoji təşəbbüslərin loqopedik qrup uşaqlarının özünəinamının, ünsiyyət qabiliyyətlərinin və yaradıcılıq potensiallarının artmasında və onların  cəmiyyətə daha fəal inteqrasiyasında mühüm rol oynadığını bildiriblər.


 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama