Xəstəxanaya yerləşdirilən Xalq artisti Sərdar Fərəcovun vəziyyəti açıqlanıb.
Modern.az-ın məlumatına görə, TƏBİB- bildirilib ki, Sərdar Fərəcov sentyabrın 6-da, saat 15:10-da Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.
Məlumatda deyilir ki, Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub.
"Zəruri laborator və instrumental müayinələr icra olunub. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Huşu aydın, hemodinamik göstəriciləri stabildir", - deyə açıqlamada qeyd olunub.
***
11:03
"Ötən həftənin cümə günündən atamın vəziyyəti ağırlaşdı, Mərkəzi Neftçilər Xəstəxanasına apardıq".
Modern.az xəbər verir ki, bunu APA-ya Xalq artisti Sərdar Fərəcovun qızı Selcan Heydərova deyib.
O bildirib ki, bəstəkar ürək çatışmazlığı ilə yanaşı, böyrək çatışmazlığından da əziyyət çəkir:
"Sentyabrın 5-i səhər işə gedəndə ürəyində narahatlıq yaranıb. Artıq evə gələndə vəziyyətinin kritik olduğunu gördük. Hazırda Mərkəzi Neftçilər Xəxstəxanasının Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır-stabildir".