Modern.az

"Üzqarası"na sözardı

"Üzqarası"na sözardı

11 May 2014, 22:54

Dünən Danimarkanın paytaxtı Kopenhagendə 59-cu dəfə keçirilən "Eurovision" mahnı müsabiqəsi sona çatdı. Transvestist Konçita Vürst müsabiqənin yubiley buraxılışını vətəni Avstriyaya apardı. Motsartın həmvətəni "Rise Like A Phoenix " (“Simurq quşu kimi yüksəl”) mahnısı ilə 290 xal toplayaraq, 1-ci yerin sahibi oldu. Yarışmaya qatılan 37 ölkənin böyük hissəsinin ən yüksək səsini qazanan Konçita, bunun üçün səhnə performansından daha çox, cinsi orientasiyasına, vizual "effektinə" minnətdar olmalıdır.

26 yaşlı Konçita 6 noyabr 1988-ci ildə Avstriyanın Qmunden şəhərində doğulub. 2006-cı ildə pop ifaçıların yarışmasına qatılan avstriyalı burada  ikinci yeri tutub. 2007-ci ildə "Jetzt anders" kişi qrupunu yaradıb. Bu qrupun fəaliyyəti bir neçə ay davam edib. Saqqallı xanım" adlandırılan müğənni əvvəllər Tom Noyvirt kimi tanınıb. Transvestist ifaçı sonralar özünə Konçita Vürst səhnə adı götürüb.


Keçən ilin ortalarından, Malmö müsabiqəsi başa çatdıqdan sonra, Avstriyanı təmsil edəcəyi məlum olan kimi, KİV və sosial şəbəkələrin gündəmindən düşməyən Vürstün qələbəsindən dolayısıyla onlara da pay düşür. "Feysbuk" sosial şəbəkəsində bir milyondan çox izlayici auditoriyasına malik səhifəsi mövcud olan "Saqqallı qız" və yaxud "Donlu oğlan" rəqiblərinə nisbətdə xeyli məhşur idi . Bunun da əsas səbəbkarlarından biri mediadır. İfrat anti-təbliğatdır.

İfratçılıq da əksər hallarda əks təsir göstərir. Bir növ, "Bumeranq effekti" verir. İfratçı olmaq hər şeydə ifrata varmaq deməkdir. Bir şeyin elə qızğın müdafiəçisi olursan ki, dönüb onun düşməni olursan. Bir şeyin elə inadla əleyhinə olursan ki, bu onun lehinə çevrilir. Konçita Vürstün hazırkı qələbəsini də ifratçılığın dəyişməz ruhu xarakterizə edir. Xüsusən, mühafizəkarlığı ilə seçilən ölkə medialarının qınaq obyektinə çevrilən Konçitanın "feysbuk" səhifəsinin izlayiciləri sırasında  həmin ölkələrin on minlərlə nümayəndəsi yer alır. Yarızarafat, yarıgerçək; "Nyuton üçüncü qanunu boşuna yaratmayıb ki".
Kopenhagen  müsabiqəsi bir çox təzadlı məqamları ilə yadda qaldı. Əvvəlki müsabiqələrdə qalib ölkə də daxil olmaqla, ilk onluğa belə düşməyən ölkələr, ilk sıralarda qərarlaşdı. Bu da ənənəvi liderler qrupunda qərarlaşan ölkələrin yarışmaya marağının azalmasının göstəricisidir. 

İlk dəfə 2008-ci ildə Belqradda keçirilən yarışma ilə debüt edən ölkəmiz bu dəfə müsabiqəyə dırnaqarası yanaşdı. 6 il ərzində daim ilk onluqda qərarlaşan Azərbaycan nümayəndə heyəti bu il heç iyirmilyə də düşə bilmədi. Cırtdan San-Marinonun 12 və qonşu Rusiyanın 10 xalından əlavə, Azərbaycan nümayəndə heyətinə Gürcüstan 7, Belarus 3 və Ukrayna 1 xal verdi. Bu da ümumi hesabda 33 xal etdi ki, nəticədə nümayəndə heyətimiz 22- ci pillədə qərarlaşdı. Buna səbəb də böyük ölçüdə gələn il ölkəmizdə təşkil olunacaq I Avropa yay Olimpiya Oyunlarıdır. Əsas diqqətin nüfuzlu idman tədbirinə ayrılması, həmçinin son illər müsabiqədə qazanılan yüksək nəticələrdən sonra yaranmış "adiləşmə" səbəbindən heç milli seçmə turu da keçirilmədi. 

Azərbaycan tərəfinin müsabiqəyə dırnaqarası yanaşması əslində, müsbət haldır. Ölkəmizdə məram və miqyası şişirdilmiş müsabiqə,  illərdir "stəkanda fırtına yaratmaq" effekti verirdi. Müsabiqə iştirakçısını müəyyənləşdirmək üçün aylarla davam edən yorucu seçim turu, ayrılan xeyli vəsait, ifrat diqqət birmənalı qarşılanmırdı. Yarışma ölkə ictimaiyyətinin təfəkküründə mədəni fenomen şəkli almışdı. Adi mahnı müsabiqəsi olan yarışmaya mədəni təbliğat nöqteyi-nəzərindən yanaşmaq özü bir absurddu. Mədəniyyətin təbliği üçün daha uğurlu alternativlər var ki, bu da fundamental əsaslara, davamlı maarifçilik işinə və güclü dəstəyə söykənməldir.  Stəkanda fırtına düzəltməklə mədəniyyət fenomeni yaratmaq olmaz.

Yarışma ərzində dəfələrlə verilən subliminal mesajlar, ilk üçlükdə Hollandiya və İsveçin də qərarlaşması və qalibin mətbuat konfransındakı cavabı  "Eurovision"un  məramını bəlli edir. Nə qədər ki, gec deyil, qardaş Türkiyədən nümunə götürüb, yarışmadan imtina etmək lazımdır...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi