Modern.az

Azərbaycanda erotik film çəkildi - VİDEO

Azərbaycanda erotik film çəkildi - VİDEO

9 İyun 2014, 15:04

Azərbaycanda 18 yaşdan yuxarı gənclər üçün erotik film çəkilib. Rejissor Elvin Abdullayevin Modern.az saytına verdiyi məlumata görə, “Santa Mariya gəmisi” adlı filmdə baş verən hadisələr gənclərin siqaretə meyllənməsi və onun acı nəticəsini nümayiş olunub. Sözügedən film real hadisələr əsasında lentə alınıb.

Filmdə açıq-saçıq səhnələrin yer almasına isə rejissor belə münasibət bildirib: “Düşünürəm ki, filmdə erotik kadrlar məqsədə uyğun və estetik baxımdan diqqətli işlədildiyinə görə tamaşaçılarda ifrat hissi yaratmayacaq və insanlar bu filmi normal qarşılayacaqlar”.

Gənc rejissor çəkiliş zamanı bir sıra problemlərlə da qarşılaşdığını deyir: “Filmi büdcəsiz ərsəyə gətirmək istəsək də, elə bir şərait yarandı ki, söz verib sözünün üstündə durmayan insanlara görə əlavə xərclərimiz çıxdı. Hər yerdə bizi tələsdirirdilər deyə işimizi cəld görməyə çalışırdıq. Fürsətdən istifadə edib, filmdə əziyyət çəkən bütün komandaya həm kameranın önündə, həm kameranın arxasında əziyyət çəkənlərə təşəkkürümü bildirirəm”.

Erotik səhnələrində yer aldığı filmin ssenarisi də rejissorun özünə aiddir. Filmdə Səfa Mehdi, Rəna Ağamuradova, Elmar Abdullazadə, Cövdət Şükürov, Türkay Verdiyeva, Edqar Abdullayev, Leyla Atayeva rol alıb. Film kollektivin büdcəsi hesabına çəkilib.

Qeyd edək ki, “Santa Mariya” filmi “2-ci No Smoking Film Festivalı”nda iştirak edəcək.



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır