İlhamə Qasımlı
Xanım Qafarova dahi aktrisa deyildi... Onun haqqında ən yaxşı halda "istedadlı aktrisa" demək olardı. Amma o, son oyununu dahicəsinə yaratdı. Xəstəxana və evində can verdiyi yatağı səhnə, yaxın ətrafindakılar oyun yoldaşları, bizlər isə baş verənləri üzülə-üzülə, həyəcanla izləyən tamaşaçılar olduq.
Xanım Qafarova yalnız aktrisa kimi yox, həm də müəllif kimi gözəl yaratdı...
Körpə uşaq kimi anasından qopmaq istəməyən bir övladın acısından, körpə övladının gələcəyindən həsrətlə qovrulub yanan, amma əlindən heç bir şey gəlməyən Ananın acılarından bəhs edən bir əsərin müəllifi oldu!
"Mənim yaşamağım üçün yox, rahat ölməyim üçün dua edin" deyib həm də xərcəng xəstəliyinin ağrılarının dəhşətini bu ağrılardan fiziki mənada xəbərsiz olan bizlərə anlatdı, ağrılardan qovrulan canından çıxan cümlələrlə bu ağrını bizlərə yaşatdı!
Aktrisa və müəllif kimi elə dahicəsinə yaratdı ki, izləyicilərin hamısını sızlatdı!!!