Modern.az

Məşhurların övladları: Cahangir Əsgərovun sənətşünas qızı - FOTO

Məşhurların övladları: Cahangir Əsgərovun sənətşünas qızı - FOTO

Mədəni̇yyət

8 Oktyabr 2014, 01:49

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasına davam edir. Bu rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilmədiyiniz bilgiləri sizə təqdim etməyə çalışırıq.

Budəfəki təqdimatımız “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərovun qızı Mila Əsgərova barəsindəddir.

Qeyd edək ki, Cahangir Əsgərov 1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-nin baş direktorudur. 18 ildir AZAL aviaşirkətinə rəhbərlik edən C.Əsgərov bu posta gəlməzdən öncə aviadəstə kapitanı, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1993-cü ildən AZAL-ın Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.
Onun iki qızı var – Mila və Cəmilə Əsgərovalar.

Mila Əsgərova Azərbaycanda doğulub, daha sonra İstanbula köçüb. Hazırda isə Mila Əsgərova İngiltərə paytaxtı Londonda yaşayır. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr dərəcəsini aldıqdan sonra Mila Əsgərova Sotheby şirkətində Müştərilərlə İş Şöbəsində çalışıb.
Eyni zamanda Bakıda və İstanbulda çoxsaylı sərgilər təşkil edib. Daha sonra Mila Əsgərova Londonda kommersiya xarakterli bir incəsənət qalereyasının İctimaiyyətlə Əlaqələr və Kommunikasiya işlərini aparıb. Sonralar isə Mila Əsgərova diqqətini sərgilərin təşkilinə və şəxsi incəsənət nümunələrinin satışına yönəldib. İncəsənət bazarındakı fəal iştirakı dövründə Mila Əsgərova Mərkəzi Sent Martins və Christie’s Education (Kristis Edyukeyşn) incəsənət kolleclərində təhsil almaqla Müasir İncəsənətin Toplanması, Müstəqil Sərgi Təşkili və İncəsənət Biznesi kimi sahələrdə nəzəri biliklərə yiyələnib. 

O, hazırda Gazelli Art House-un (Gazelli İncəsənət Evi) təsisçisi və direktorudur.

Gazelli Art House-un  əsas məqsədi müasir incəsənət əsərlərinin yaradılması üçün yeni bir məkan təmin etməkdən, eləcə də ən yaxşı beynəlxalq rəssamların ideyalarını həm yeni, həm də formalaşmış kolleksiyaçılardan ibarət izləyici kütləsinə çatdırmaqdan ibarətdir. Bu qalereya ayrı-ayrı insanları incəsənəti dərk etməyə səsləyir, sərgilər, görüşlər, seminarlar və turlar vasitəsilə rəssamlar, yazıçılar, mütəxəssislər, tələbələr, eləcə də incəsənətdə ilk addımlarını atan insanlar arasında xüsusi görüşlər keçirməyə və əlaqələr yaratmağa çağırır.
2011-ci ildə Gazelli Art House Londonda beş ardıcıl sərgi həyata keçirib. Bu sərgilər geniş mənada beş klassik element olan Od, Su, Torpaq, Yel və Efir üzərində cəmləşmişdi və ayrı-ayrı fərdlərin təqdim olunan incəsənət əsərlərinə münasibətini özündə əks etdirirdi.
Gazelli Art House 2012-ci ilin oktyabr ayında Bakıda, Azərbaycanda fəaliyyətə başlayıb.
Mila Əsgərova dyir ki, Gazelli Art House-un Bakı qalereyası yalnız xarici rəssamların əsərlərini regionda nümayiş etdirmək, həmçinin geniş izləyici auditoriyanı cəlb etmək və beynəlxalq dialoq üçün platforma təmin etmək üçün nəzərdə tutulub.


Modern.az

***

Həmçinin oxu:

Tağı Əhmədovun hakim oğlu

//modern.az/articles/49878/1/

Fuad Musayevin diplomat oğlu
//modern.az/articles/49922/1/

Zeynəb Xanlarovanın məmur oğlu
//modern.az/articles/50188/1/

Yazıçı Anarın səfir oğlu
//modern.az/articles/50363/1/

Ramiz Rövşənin müəllim oğlu
//modern.az/articles/50575/1/

Oqtay Şirəliyevin bankir oğlu
//modern.az/articles/50894/1/

Misir Mərdanovun filoloq qızı
//modern.az/articles/51132/1/

Əvəz Ələkbərovun maliyyəçi oğlu
//modern.az/articles/51369/1/

Məleykə Abbaszadənin hüquqşünas qızı
//modern.az/articles/52815/1/

Ziyad Səmədzadənin iqtisadçı oğlu
//modern.az/articles/53115/1/

Amaliya Pənahovanın səfir oğlu
//modern.az/articles/53904/1/

Polad Bülbüloğlunun musiqiçi oğlu
//modern.az/articles/53963/1/

Vasif Talıbovun oğlanları - FOTOLAR
//modern.az/articles/54638/1/

Nazim İmanovun diplomat oğlu
//modern.az/articles/54901/1/

Aslan İsmayılovun hüquqşünas oğlu
//modern.az/articles/55364/1/

Elçin Əfəndiyevin hüquqşünas qızı
//modern.az/articles/55796/1/

Allahşükür Paşazadənin filosof qızı
//modern.az/articles/56061/1/

Ramiz Mehdiyevin professor qızı
//modern.az/articles/56459/1/
 

Şəmsəddin Hacıyevin dekan qızı
//modern.az/articles/57209/1/


Kəmaləddin Heydərov və kiçik oğlu
//modern.az/articles/57885/1/


Kamal Abdullanın prorektor oğlu
//modern.az/articles/58458/1/

Sabir Əhmədlinin şəhid oğlu
//modern.az/articles/58734/1/

Şəfiqə Məmmədovanın kinoşünas oğlu
//modern.az/articles/59187/1/

Mirşahin Ağayevin uşaqları - oğlanları və qızı
 
//modern.az/articles/59971/1/  

Oqtay Şirəliyevin telejurnalist qızı - FOTOLAR
//modern.az/articles/63033/1/

Çingiz Abdullayevin hüquqşünas qızı - FOTO
//modern.az/articles/63426/1/

Səməd Seyidovun doktorant oğlu - FOTO
//modern.az/articles/64545/1/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub