Modern.az

Bir şəklin tarixçəsi: Dünyanın iki gözəli bir yerdə olsun deyə ...

Bir şəklin tarixçəsi: Dünyanın iki gözəli bir yerdə olsun deyə ...

21 Oktyabr 2014, 21:43

Modern.az saytında “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyimiz bu foto məşhur türk gözəli Məltəm Haqqkararın Bakıya gəlişini özündə əks etdirir. Şəklin tarixçəsini jurnalist, Prezident təqaüdçüsü Mülatif Adurov danışır:

- “Dalğa” verilişinin qonağı dünya və Türkiyə gözəli Məltəm Haqqkarar idi. O həm gözəl idi, həm təvazökar, həm də ağıllı. Aparıcı İlqar Qasımovla müsahibəsini lentə yazdıq. Uğurlu alındı. Çəkilişi başa vurduq. Qonaqlarımız studiyadan çıxmazdan əvvəl Məltəm xanımın xahişi ilə bir yerdə fotoşəkil çəkdirmək üçün fotoqrafı çağırdım. Şəkil çəkdirməzdən əvvəl  Türkiyə gözəli acızanə bir xahiş etdi: 

- Bu şəkillər hazır olanda birini mənə verərsinizmi?

- Əlbəttə, - dedim, - əslində bu şəkil mənə o qədər də gərəkli deyil, sadəcə sizinlə bir yerdə çəkdirirəm ki, iki dünya gözəli bir yerdə olsun.

Bunu eşitçək Məltəm xanım gülməkdən özünü saxlaya bilmədi. Üzünün makiyajı dağıldı, gedib təzədən makiyaj etdirib gəldi. Lakin şəkil çəkdirmək xeyli vaxt apardı: o gülməkdən üzünü saxlaya bilmirdi. Nəhayət, təkrar-təkrar makiyajdan sonra gördüyünüz bu şəkil alındı.


Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi