Modern.az

Mir Cəfər Bağırov Stalini ermənilərə necə “yox!” deməyə məcbur edib...

Mir Cəfər Bağırov Stalini ermənilərə necə “yox!” deməyə məcbur edib...

10 Noyabr 2014, 21:30

İosif Stalin: ”Mir Cəfər Bağırovsuz heç bir qərar qəbul etmək olmaz!”


Bir gün Stalin Azərbaycanın rəhbəri Mir Cəfər Bağırovu Kremilə çağırır və deyir:

-Ermənistan Ali Soveti Sessiya çağırıb. Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılmağını SSRİ Ali Sovetindən xahiş edir. Sizin fikiriniz nədir?

M.C.Bağırov deyir:

-Yoldaş Stalin, mən fikirimi kürsüdə deyəcəm.

Söhbət hər ikisinin arasında bitir.

Kremilin iclas zalında sessiya başlanır. Ermənistan tərəfi alovlu çıxış edir, yekunda isə ermənipərəst qüvvələr məruzəçini sürəkli alqışlarla qarşılayaraq əl çalırlar.

Söz verilir M.C.Bağırova. Bağırov üzünü sessiya iştirakçılarına tutaraq deyir:

-Yoldaşlar, sərhədimiz bir, pul vahidimiz bir, gerbimiz bir. Bütün sovet xalqaları kimi, Azərbaycan və erməni xalqları da faşist Almaniyasına qarşı çiyin-çiyinə mətanətlə vuruşmuşlar. Mən bilirəm ki, Ermənistanın kənd təssərüfatında yaralı torpaq sahələri azdır. Mən Ermənistan sessiyasının qərarını bəyənirəm, Dağlıq Qarabağın Ermənistana verilməsinin tərəfdarıyam, lakin Azərbaycanın qədim torpaqları olan Göyçə mahalı, Dərəlyəz mahalı, Zəngəzur mahalı, Borçalı mahalı və Dərbənd Azərbaycana qaytarılsın.

Stalin Mir Cəfərin axırıncı sözünü eşidən kimi Ermənistan Ali Sovetinin qərarının üstündən qırmızı karandaşla yazır "Nelzya!". Bununla da iclas sona çatır.

Araz Vəliyev,
tarixçi

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI