Modern.az

Hacı Zeynalabdin Tağıyevin fəndgirliyi...

Hacı Zeynalabdin Tağıyevin fəndgirliyi...

Mədəniyyət

28 Noyabr 2014, 11:52


...Bir neçə adam  küçədə milyonçu Hacı Zeynalabdin Tağıyevə rast gəlir. Hacı soruşur: "Nə var nə yox? ". Deyirlər ki, "Hacı ,neçə gündür şəhərdə bir dənə də olsun təzə balıq tapılmır. Kömək eləyin". Hacı deyir: "Arxayın olun, bu günlərdə şəhərə balıq gətirərlər".
Ertəsi gün Hacı Zeynalabdin Tağıyev faytona minib gedir balıq vətəgələrindən birinə. Balıqçılar Hacını görəndə əl-ayağa düşür, torlarını yığır, canla-başla çalışırlar. Hacı təzə tutulmuş, çapalayan bir balığı gətizdirir, barmağındakı brilyant qaşlı bahalı üzüyü çıxarıb məftillə balığın quyruğuna bənd etdirir və dənizə buraxdırır.
Bu xəbər bütün balıq vətəgələrinə yayılır. Balıqçılar quyruğunda brilyant qaşlı üzük olan balığı tutmaq üçün necə deyərlər, yarışa çıxırlar. İki gündən sonra şəhər bazarlarına o qədər şamayı, kütüm, som, sazan, çapaq, leş, osetrin, qızıl və ağ balıq gətirirlər ki, tərpənmək olmur.

Araz Vəliyev,
tarixçi

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi