Modern.az

Bütün dünyanı “evləndirən” bəstəkar - “Toy marşı”nın məşhur müəllifi - VİDEO

Bütün dünyanı “evləndirən” bəstəkar - “Toy marşı”nın məşhur müəllifi - VİDEO

14 Fevral 2015, 00:35

10-gün öncə, fevralın 3-də (1809) bütün dünyada məşhur olan “Toy marşı”nın müəllifi, dünyaca ünlü bəstəkar, yəhudi əsilli Feliks Mendelsonun doğum tarixi idi.
Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu günlərdə məşhur bəstəkarın ad günü ilə əlaqədar onun doğulduğu Hamburq (Almaniya) şəhərindəki nikah evində eyni vaxtda 20 gənc cütlüyün nikah mərasimi təşkil olunub. 20 cütlük üçün bu əlamətdar mərasimin eyni vaxtda keçirilməsi “Toy marşı”nın müəllifinə ehtiram məqsədi daşıyıb.

Qeyd edək ki, Feliks Mendelson musiqi mədəniyyəti tarixinə görkəmli bəstəkar, dirijor, ictimai xadim kimi daxil olub. Almaniyada ilk konservatoriya olan Leypsiq konservatoriyasını məhz Mendelson yaradıb (1843).

Bir çox müsiqi əsərlərinin müəllifi olan F.Mendelson onların ən məşhurunu hələ 17 yaşı olarkən (1826) yazıb.
"Mendelsonun nikah marşı" 25 yanvar 1858-ci il tarixində Londonda İngiltərə şahzadəsi Viktoriya ilə Prussiya vəliəhdi III Fridrixin kilsədəki nikahında səsləndiriləndən sonra şöhrət tapıb. Və elə o zamandan “Toy marşı” ta bu günədək nikah mərasimlərinin bəzəyinə çevrilib. Bu marşdan  nəinki xristian, hətta bəzi müsəlman ölkələrində, o cümlədən Azərbaycanda da nikah mərasimləri zamanı istifadə olunur.
Feliks Mendelson bacısı Fanninin vəfatından bir neçə ay sonra onun xiffətini çəkərək, 4 noyabr 1847-ci il tarixində dünyasını dəyişib.


 

A.Qorxmaz
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!