Modern.az

Cəlal Əliyev 87 yaşında - FOTOLAR

Cəlal Əliyev 87 yaşında - FOTOLAR

30 İyun 2015, 09:33


Milli Məclisin ən yaşlı deputatı Cəlal Əliyevin bu gwn ad günün qeyd edir, Modern.az-ın məlumatına görə, onun 87 yaşı tamam olub.  

Azərbaycan Respublikası Milli Məclisinin 4-cü çağırışında təmsil olunan  bəzi deputatlar kimi Cəlal Əliyev də artıq dördüncü beşillikdir ki, mandata sahibdir. 

Cəlal Əliev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür.
«İstiqlal» ordeni, «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilib. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin Bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1962-ci ildən laboratoriya müdiri vəzifələrində çalışıb. 1971-ci ildən Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, 1976-cı ildən laboratoriya müdiri, şöbə müdiri, 1981-ci ildən Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub. Hazırda Azərbaycan MEA-nın Rəyasət Heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Dördüncü beşillikdir ki, Milli Məclisin deputat mandatını daşıyır. 2011-ci il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən dördüncü dəfə Milli Məclisin deputat seçilib. Evlidir 1 övladı var.

Cəlal Əliyev mərhum eks-prezident Heydər Əliyevin qardaşı, hazırki dövlət başçısı İlham Əliyevin əmisidir.

Cəlal Əliyev Milli Məclisin iclaslarında həmişə diqqət mərkəzində olmuuş deputatlardandır. O, müxtəlif vaxtlarda gözlənilməz bəyanatları, kəskin çıxışları, irad və ittihamları ilə yadda qalıb. Son vaxtlar səhhətindəki problemlərlə əlaqədar Milli Məclisin iclaslarının hamısında iştirak edə bilmir.

Prezident İlham Əliyev 2013-cü ildə Azərbaycan Respublikasında elmin inkişafında xidmətlərinə və ictimai-siyasi həyatda fəal iştirakına görə Cəlal Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Cəlal Əliyev ötən ilin aprelində Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı ilə təltif olunub.



















Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI