Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əlisa Cabbarovun Modern.az-a verdiyi məlumata əsasən, 2 avqust Milli Kino günündə Azərbaycan kinosunun inkişafında iştirak edən, uğurlu nəticələr göstərən kinematoqrafçılar mükafatlandırılacaq:
“Çalışırıq ki, yalnız bədii kino deyil, həm sənədli, həm də animasiya sahəsində uğur əldə etmiş kinematoqrafçıları mükafatlandıraq ki, kinomuzun hər istiqaməti uğurla inkişaf etsin. Artıq Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyi namizədlərə səs verib, adlar hələ ki açıqlanmır. Qaliblər animasiya, kino musiqisi və kino aktyorluğunda böyük uğurlar əldə etmiş azərbaycanlı kinematoqrafçılar olacaq. Mükafatlar pullu mükafatlardır, tədbir isə təntənəli şəkildə keçiriləcək”.
Qeyd edək ki, tədbirdə qaliblərə ittifaqın sədri kinorejissor Rüstəm İbrahimbəyovun təbrik məktubları da təqdim olunacaq.
Vüsalə Qəzənfərqızı