Modern.az

Əsgərlərə konsert verməyə gedən sənət adamları yol qəzasına düşdülər, gənc aşığın vəziyyəti ağırdır

Əsgərlərə konsert verməyə gedən sənət adamları yol qəzasına düşdülər, gənc aşığın vəziyyəti ağırdır

Mədəniyyət

3 Avqust 2015, 16:34

Azərbaycanın bir qrup mədəniyyət işçisi  cəbhə xəttində hərbi xidmət keçən əsgərlərə konsert verməyə gedərkən Kürdəmir rayonu ərazisində avtomobil qəzasına uğrayıblar.  Modern.az saytı xəbər veriir ki, hadisə dünən günorta radələrində baş verib.

Qəzaya düşənlər Dirli Qurbani Məclisinin üzvü olan aşıqlar da daxil 5 nəfər olublar. Aralarında xanımlar da var. Onlardan 4-nün yüngül xəsarət aldığı, 1-nin isə vəziyyətinin ağır olduğu bildirilir.

Vəziyyəti ağır olan şəxs Dirli Qurbani Məclisinin gənc üzvü, aşıq Dərya Mərdanzadədir. Dirili Qurbani Məclisindən aldığımız xəbərə görə, gənc aşıq Dərya Mərdanzadə Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Baş-beyin nahiyəsindən ağır xəsarət almış gənc aşığın üzərində cərrahiyyə əməliyyatı aparılır.


Aşıq Dərya Mərdanzadə

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI