Modern.az

4,8 millimetrlik TV

4,8 millimetrlik TV

Mədəniyyət

9 Avqust 2015, 00:12


Cənubi Koreyanın “LG Electronics” şirkəti “OLED” televizor çeşidlərini artıraraq çox nazik modellər təqdim edib. Yeni 55 düym ekran ölçüsünə malik “OLED TV” modellərinin qalınlığı 4,8 millimetr təşkil edir ki, bu da qalınlığı 6-7 millimetr olan smartfonlardan xeyli nazikdir.

Hazırda ən nazik televizor istehsalçıları arasında liderlik uğrunda mübarizəyə “Sony” şirkəti də qoşulub. Belə ki, bu yaxınlarda Yaponiya istehsalçısı “Bravia” TV xəttinə qalınlığı 4,9 millimetr olan “Ultra HD” (4K) formatlı iki model əlavə edib.

Maraqlıdır ki, bu dəfə “Samsung Electronics” şirkəti kənarda qalmağa üstünlük verib. Cənubi Koreya istehsalçısının kvant pikselli texnologiyanı (Quantum Dot, QD) tətbiq edərək yaratdığı yüksək dəqiqlikli “SUHD” ekranlar 6-9 millimetr qalınlığa malik olmaqla “LG Electronics” və “Sony” modellərindən geri qalır.

“DisplaySearch” şirkətinin analitikləri bu yanaşmanı düzgün hesab edərək bildiriblər ki, istehlakçılar üçün televizorun qalınlığı həlledici üstünlük deyil. Ekspertlərin fikrincə, alıcılar ona yalnız ultranazik olmasına görə əlavə vəsait ödəməyəcəklər, çünki televizor portativ qurğulara aid deyil.

Modern.az

 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI